ABŞ-İsrailin qətlə yetirdiyi günahsız iranlıların sayı – RƏSMİ

ABŞ və İsrail dinc İran sakinlərini qətlə yetirməyə davam edir.

Az.shafaqna.com xəbər verir ki, İslam Respublikasının Səhiyyə Nazirliyi həyatını itirənlərlə bağlı yenilənmiş statistikanı təqdim edib.

Qeyd edilib ki, ABŞ-İsrail 28 fevraldan bəri 1 444 nəfər günahsız iranlını öldürüb, 18 551 nəfəri isə yaralayıb.

Xatırladaq ki, müharibənin ilk günündə ABŞ-İsrail Minab şəhərində yerləşən qızlar məktəbinə zərbələr endirərək 150-ə yaxın 7-12 yaşlı məktəbli uşağı qətlə yetirib.

Bu müharibədə ABŞ-İsrailin qətlə yetirdiyi dinc iranlılıarın ən azı 300 nəfərini uşaqlar təşkil edir.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş