Az.shafaqna.com-un Azərtac-a istinadən verdiyi xəbərə görə, Rusiyanın Azərbaycan ərazisindən keçməklə İrana göndərdiyi humanitar yardımı daşıyan yük avtomobilləri “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən qonşu ölkəyə yola salınıb.

Yük maşınları artıq sərhəddən keçiblər.

Humanitar yardımı daşıyan Rusiya Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi Lənkəran Beynəlxalq Hava Limanında yerə enib.

On üç tondan çox olan humanitar yük dərman və tibbi ləvazimatlardan ibarətdir.