Az.shafaqna.com-un verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putin həftə ərzində ikinci dəfə İran Prezidenti Məsud Pezeşkiyanla telefon danışığı keçirib.
Bu barədə Kreml mətbuat xidməti məlumat verib.
Qeyd olunur ki, söhbət zamanı iki dövlətin liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə etməyə davam ediblər, xüsusilə ABŞ və İsrailin İrana qarşı təcavüzü mövzusunda danışiblər.
«Rusiya Prezidenti münaqişənin ən qısa zamanda deeskalasiyası mövqeyini təsdiqləyib», — deyə Kreml mətbuat xidməti bildirib.
Vurğulanır ki, Rusiya rəhbəri vəziyyətin siyasi və diplomatik yollarla həll edilməsini müdafiə edir. Öz növbəsində Məsud Pezeşkiyan Putinə göstərdiyi dəstəyə, o cümlədən İrana göstərilən humanitar yardıma görə təşəkkür edib.
Putin və Pezeşkiyan arasındakı əvvəlki telefon danışığı 6 martda, Fars körfəzi ölkələrinin rəhbərləri ilə bir sıra danışıqlardan sonra baş tutub. 9 martda isə Rusiya Prezidenti ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.
İki dövlət başçısı cari beynəlxalq vəziyyətin inkişafını müzakirə ediblər.Bundan əvvəl Putin İranın yeni ali rəhbəri Müctəba Xameneiyə ünvanladığı teleqramda bəyan etmişdi ki, Moskva həmişə Tehran üçün etibarlı tərəfdaş olub və olacaq.