Az.shafaqna.com-un verdiyi xəbərə görə, Gürcüstan ATƏT Parlament Assambleyası ilə qarşılıqlı hörmətə əsaslanan konstruktiv əməkdaşlığa sadiq qalır.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “X” sosial platforma hesabında yazıb.
ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sampietronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü barədə məlumat verən Baş nazir qeyd edib ki, görüşdə regional təhlükəsizlik və ATƏT ilə tərəfdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Bu məqaləni paylaş
