Martın 10-na keçən gecə Günəşdə son iki həftənin ən güclü partlayışı qeydə alınıb. Lakin buna baxmayaraq, kosmik hava şəraitində ciddi dəyişiklik müşahidə edilməyib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu yayıb.

Bildirilib ki, partlayış Günəşin sol tərəfində baş verdiyi üçün bu mövqedə yerləşməsi səbəbilə Yer üçün geomaqnit təsirlərinin yaranması gözlənilmir.

Rusiyalı astronomların sözlərinə görə, martın 10-da geomaqnit dalğalanmalarının baş vermə ehtimalı çox aşağıdır və kosmik mühitdəki bu sakit vəziyyətin martın 14-nə qədər davam edəcəyi proqnozlaşdırılır.

Daha sonra isə hazırda formalaşma mərhələsində olan yeni koronal dəliyin Yerə müəyyən təsir göstərə biləcəyi bildirilir.