Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlər keçirilən tədbirlər çərçivəsində 74 xarici vətəndaşı ölkədən çıxarıb.
Az.shafaqna.com xəbər verir ki, əməliyyatlar digər aidiyyəti qurumlarla birgə və koordinasiyalı şəkildə həyata keçirilib.
Keçirilən tədbirlər nəticəsində Azərbaycan, Belarus, Misir, Türkmənistan, Hindistan, İordaniya, Nigeriya, Rusiya, Ermənistan, Özbəkistan, Qazaxıstan, Çexiya, Çin və Türkiyə vətəndaşları daxil olmaqla ümumilikdə 74 nəfər Gürcüstan ərazisindən deportasiya olunub.
Qanunvericiliyin tələblərinə əsasən, deportasiya edilən şəxslərin müəyyən müddət ərzində Gürcüstana yenidən daxil olmasına qadağa qoyulub.
Bu məqaləni paylaş
