İraqın hava məkanı qapalı qalmağa davam edir

İraqın hava məkanının bağlanması daha üç gün davam edəcək.

Az.shafaqna.com xəbər verir ki, bu barədə İraq Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət cümə gününə qədər 72 saat müddətində qüvvədə olacaq və bu müddət ərzində ölkəyə gələn, ölkədən çıxan və tranzit uçuşların hamısına şamil ediləcək.

Qurum qeyd edib ki, qərar regionda ABŞ-İsrailin İrana qarşı apardığı müharibənin gedişi və təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi nəzərə alınaraq müvəqqəti və qabaqlayıcı tədbir kimi qəbul edilib.

Həmçinin bildirilib ki, vəziyyətdə dəyişiklik olarsa, qərar yenidən nəzərdən keçirilə bilər.

Bu məqaləni paylaş