Azərbaycanlı PUA operatorları Türkiyədə məzun oldu – VİDEO

Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə bağlı 77 Azərbaycan hərbçisi, Bayraktar tərəfindən verilən PUA təlimlərini uğurla başa vurub.

4 ay davam edən təlimlərdə PUA pilotu, vəzifə komandiri, faydalı yük operatoru və texnik olaraq Azərbaycan Ordusunda xidmət edəcək hərbçilərin sertifikatları təşkil olunan məzuniyyət mərasimində onlara təqdim olunub.

Sertifikatları şəxsən “Baykar Texnologiya”nın rəhbəri Səlcuk Bayraktar Azərbaycan hərbçilərinə təqdim edib.

Bu məqaləni paylaş