Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfərə gedir.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün “twitter” səhifəsində bildirib.
H.Hacıyev qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri ilə işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər üçün yola çıxmışıq”.
Upon the instruction of President Ilham Aliyev jointly with @AzerbaijanMFA we are on the way to visit libarated Jabrayil and Zangilan regions of Azerbaijan with diplomatic corps- Ambassadors, military attaches and Heads of International Organizations accredited in Azerbaijan.
— Hikmet Hajiyev (@HikmetHajiyev) February 6, 2021