Polşanın şərqinin hava məkanı qapadılır – SƏBƏB

Polşanın şərq bölgələrinin hava məkanı qapadılır.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Polşa Aeronaviqasiya Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, həmin ərazidəki hava məkanı 3 ay müddətinə uçuşlar üçün qapalı olacaq.

2026-cı ilin 10 martından 9 iyun tarixinədək müddətdə qüvvədə olacaq uçuş qadağasının səbəbi “dövlətin təhlükəsizliyinin təmin edilməsi zərurətidir”.

Qadağa 3 km-dək hündürlükdə uçan bütün hava nəqliyyatına şamil edilir. İstisna yalnız mülki və sanitar aviasiyaya şamil ediləcək ki, onlar da öncədən xüsusi icazə almalıdırlar.

Bu məqaləni paylaş