Az.shafaqna.com-un verdiyi xəbərə görə, İran tərəfi, ABŞ və İsrailin həyata keçirdiyi hava zərbələri nəticəsində yüzlərlə insanın həlak olduğunu, yaşayış binalarına və səhiyyə müəssisələrinə genişmiqyaslı ziyan dəydiyini açıqlayıb.
Raket və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumlar ölkə daxilində ciddi dağıntılara yol açıb.
“Mehr” xəbər agentliyinin məlumatına görə, İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir-Hüseyn Kolivand verdiyi açıqlamada 4000-dən çox mülki binanın zərər gördüyünü bildirib.
Kolivand qeyd edib ki, indiyə qədər 3 646 yaşayış yeri və mülki obyekt hədəfə alınıb, 528 ticarət obyekti isə tamamilə dağıdılıb. Bombardmanlar nəticəsində üç xəstəxana fəaliyyətini dayandırıb, 14 səhiyyə mərkəzinə isə ciddi ziyan dəyib.
Fevralın 28-dən başlayan hücumlarda aralarında onlarla məktəbli və bir neçə təhlükəsizlik əməkdaşının da olduğu yüzlərlə insan həlak olub.
