Dağlıq Qarabağda türk və rus hərbiçiləri atəşkəsə nəzarət tədbirləri görürlər

Dağlıq Qarabağda atəşkəsə nəzarət çərçivəsində yaradılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətinə davam edir.

Az.shafaqna.com-un xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) rəsmi “Twitter” hesabında məlumat verilib.

Məlumatın davamında deyilir ki, türk və rus hərbiçilərinin vəzifələrini birlikdə icra etdikləri mərkəzdə atəşkəsin pozulmasını önləmək üçün tədbirlər görürlər.

Bu məqaləni paylaş