Azərbaycanca danışan gürcü polisi iranlı narkotaciri saxladı – VİDEO

Az.shafaqna.com xəbər verir ki, Gürcüstan polisi narkotik ticarətinə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı adı açıqlanmayan 33 yaşlı iranlı saxlanılıb.

Onun məhkəmənin icazəsilə narkotik maddələrin satışını həyata keçirməsinin səsi yazılıb və video çəkilib.

Videoda o azərbaycanca danışan iki nəfərə 195 ədəd  metodon narkotik tərkibli dərmanı satdığı əks olunur.

Bundan başqa onun ölkəyə duz torbalarının içində keçirmək istədiyi 1171 ədəd metodonu da polis aşkarlayıb.

Məlumata görə, iranlıya qarşı ittihamlar irəli sürülüb və onu 8 ildən 20 ilə qədər həbs cəzası gözləyir.

 

 

Bu məqaləni paylaş