
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb.
Gürcüstan Baş nazirinin mətbuat xidmətinin məlumatında, üzbəüz görüş zamanı Gürcüstan və Ermənistan Respublikası arasında mövcud strateji tərəfdaşlıq və iki ölkənin iqtisadi əməkdaşlığının hökumətlərarası komissiyasının iclasının gündəliyi ilə nəzərdə tutulmuş məsələlərə toxunulduğu deyilir.
“Tərəflər Yaxın Şərqdə mövcud vəziyyəti müzakirə ediblər və vəziyyətin deeskalasiyası və uzunmüddətli sülhün bərqərar olunması üçün diplomatik səyin əhəmiyyətini vurğulayıblar.
Baş nazir İrakli Kobaxidze erməni həmkarına Gürcüstan hökumətinin regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib” – baş nazirin mətbuat xidməti tərəfindən yayılmış məlumatda qeyd olunub.






























