cinayət həbs

Aliment işləri ilə bağlı icraatda olan işlərin sayı ilbəil ciddi şəkildə – 10 faiz artıb

Az.shafaqna.com xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov deyib.

Nazir müavini bildirib ki, son 5 ildə aliment işlərinin sayı təxminən 10 min artıb:

“2025-ci ildə icraatda 141 min aliment işi olub. Aliment ödəməkdən yayınan 4 299 borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib, 3 083 halda məhkəmələr tərəfindən inzibati tənbeh tətbiq olunub, 2 344 nəfər inzibati qaydada həbs edilib. Həmçinin 286 halda cinayət məsuliyyətinə cəlb etmə barədə təqdimat verilib, 235 halda cinayət işi başlanıb”.