
Martın 7-9-da Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutları üzrə qatarlar şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcəklər.
Bu barədə “Az.shafaqna.com” “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.
Xatırladaq ki, qeyri-iş günü olan 8 Mart bazar gününə düşməsi ilə əlaqədar 9 mart – bazar ertəsi qeyri-iş günü kimi təsdiqlənib.





























