Az.shafaqna com-un verdiyi xəbərə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən aparılan araşdırmalar nəticəsində İranda nüvə silahının mövcudluğu təsdiqlənməyib.

Bu barədə qurumun baş direktoru Rafael Qrossi bildirib.

Onun sözlərinə əsasən, həyata keçirilən yoxlamalar zamanı ölkədə nüvə silahına dair hər hansı sübut müəyyən olunmayıb.

Bununla belə, Qrossi vurğulayıb ki, İranın kifayət qədər şəffaf davranmaması onun nüvə proqramının tamamilə dinc məqsədlər daşıdığını qəti şəkildə deməyə əsas vermir.

Əvvəlki məqaləLənkəranın bir sıra kəndlərində işıq kəsiləcək
Növbəti məqalədəMübarək Ramazan ayının 14-cü günün duası