Ermənistan baş naziri Nikol Paşinyan işgüzar səfərlə Gürcüstana yollanıb.

Az.shafaqna.com xəbər verir ki, səfər 3-4 mart tarixlərini əhatə edəcək.

Paşinyan Gürcüstan baş naziri İrakli Kobaxidze ilə görüş keçirəcək.

Həmçinin Paşinyan və Kobaxidzenin həmsədrliyi ilə Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək.

Onlar media üçün birgə bəyanatlar verəcəklər.

Ermənistan Respublikasının Baş naziri Gürcüstana Baş nazirin Administrasiyasının rəhbəri Arayik Harutyunyan, xarici işlər naziri Ararat Mirzoyan, təhsil, elm, mədəniyyət və idman naziri Jana Andreasyan, ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan, iqtisadiyyat naziri Qevorq Papoyan və xarici işlər nazirinin müavini Vahan Kostanyandan ibarət nümayəndə heyəti ilə birlikdə səfər edəcək.

Məlumatı Gürcüstan Hökumətinin Administrasiyası yayır.

Əvvəlki məqaləAyətullah Xameneinin oğlu Müctəbadan XƏBƏR VAR!
Növbəti məqalədəİrandan Azərbaycana ümumilikdə 917 nəfər təxliyə edilib