
İran İslam İnqilabı Keşikçiləri Ordusu (Sepah) İraqın Kürdüstan bölgəsində yerləşən terrorçuların mövqelərini məhv etdiyini açıqlayıb.
Az.shafaqna.com “Tasnim”ə istinadən xəbər verir ki, “Sepah”ın Mətbuat Xidmətinin yaydığı bəyanatda bildirilir:
“İraqın Kürdüstan bölgəsində yerləşən düşmən əks-inqilabi qrupların İranın müqəddəs sərhədlərinə sızmaq və hücum planları hazırladıqları kəşfiyyat əməliyyatı nəticəsində müəyyən edilib. Hədəfə yönəlmiş bu əməliyyat çərçivəsində 30 PUA buraxılaraq həmin qrupların mövqeləri güclü şəkildə məhv edilib”.
Bəyanatda qeyd olunur ki, Sepahın təhlükəsizlik və əməliyyat bölmələri coğrafi mövqedən asılı olmayaraq bütün təcavüzkar və düşmən qruplarla qətiyyətlə və dərhal mübarizə aparmağa davam edir.
İranın milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərənlərə və onlara sığınacaq verənlərə qarşı heç bir güzəşt edilməyəcəyi vurğulanıb.






























