
İran ixrac malları ilə bağlı qərar qəbul edib.
Az.shafaqna.com xəbər verir ki, müvafiq məlumat ölkənin İxrac Konfederasiyası tərəfindən yayılıb.
Qeyd edilib ki, qida məhsullarınının – bütün növ ərzaq və kənd təsərrüfatı məhsullarının xaricə çıxarılması qadağan edilib.
Dövlətin gömrüklərinə lazımi bildirişlər göndərilib.
Məhdudiyyətlərin nə vaxta qədər davam edəcəyi açıqlanmayıb.
Belə bir qərarın səbəb ABŞ-İsrailin davam edən hücumlarının fonunda ölkə daxilində qida sektorundakı sabitliyi qorumaq, süni qiymət artımlarının qarşısını almaqdır.
Xatırladaq ki, daha öncə kartof, pomidor, xurma və yumurtanın ixracı dayandırılmışdı.






























