Reuters

Az.shafaqna.com “1TV News”-ə istinadən xəbər verir ki, Əfqanıstanın Kapis əyalətində bazara silahlı hücum edilib.

“Taliban” terrorçularının hücumu nəticəsində 3 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb.

“TOLO News”-un məlumatına görə, ölkənin Paktika əyalətində isə partlayış törədilib. Surobi dairəsindəki bombalı hücumda yerli polis rəisi və 3 polis dünyasını dəyişib.

Digər terror aktı isə Zəbul əyalətinin Şəhre-Səfa rayonunda törədilib. Polis maşınına edilmiş bombalı hücumda yerli polis rəisi həlak olub, 4 polis isə yaralanıb.