Qoşunlarımızı Yəməndən hələ oktyabrda çıxarmışıq – BƏƏ

Birləşmiş Ərəb Əmirliklərinin Yəməndəki mövcudluğuna hələ ötən ilin oktyabr ayında xitam verilib.

Az.shafaqna.com “Anadolu”ya istinadla xəbər verir ki, belə bəyanatla BƏƏ-nin xarici işlər naziri Ənvər Qarqaş çıxış edib.

Nazirin açıqlaması ABŞ prezidenti Co Baydenin fevralın 4-də ölkəsinin Səudiyyə Ərəbistanına Yəməndəki müharibədə dəstək verməyi dayandırması ilə bağlı bəyanatından sonra səslənib. O, bu barədə öz “Twitter” hesabında yazıb.

Qarqaş həmçinin qeyd edib ki, ölkəsi BMT-nin Yəməndə davamlı sülhün bərqərar olması istiqamətindəki səylərini dəstəkləyir.

Qeyd edək ki, Yəmənin rəsmi şəxsləri dəfələrlə BƏƏ-ni faydalı qazıntılardan yararlanmaq məqsədi ilə ölkənin bəzi cənub bölgələri üzərində nəzarəti ələ keçirməkdə ittiham ediblər.

Bu məqaləni paylaş