Oman BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb etdi

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Omanın Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının İranda və Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı təcili iclasının çağırılmasını tələb edib.

Oman Xəbər Agentliyi məlumat verir ki, bu barədə nazirliyin bəyanatında bildirilib.

“BMT Təhlükəsizlik Şurasını atəşkəsin təmin olunması üçün təcili iclas çağırmağa dəvət edirik”, – deyə bəyanatda vurğulanıb.

Bu məqaləni paylaş