© Sputnik / Vladimir Umikashvili.

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan həbsxanalarında 9,3 minə yaxın məhbus var.

Bu haqda Gürcüstan Milli Statistika Bürosu bildirib.

2020-ci il may ayının sonuna olan məlumatlara əsasən, həbsxanalardakı dustaqların 341-i qadın və təxminən 9 min nəfəri kişidir.

Məhbusların əksəriyyətinin yaşı 26-49 yaş aralığındadır. Həbsxanalarda 2 həddi buluğa çatmamış qız və 45 gənc oğlan var. Qalan dustaqların yaşı isə 18-dən yuxarıdır.

Məhbusların təxminən 7,3 mini barədə hökm çıxarılıb, təxminən 1,9 mini isə hökmü gözləyir.

Onların yarısından çoxu öz cəzalarını yarı-qapalı tipli təsisatda, təxminən 1,7 mini isə qapalı təsisatda çəkirlər. Yalnız 176 məhbus yüksək risk təsisatlarındadır.

Gürcüstan həbsxanalarında 569 xarici vətəndaş da cəza çəkir. Onlar arasında Rusiya, Ermənistan, Ukrayna, Azərbaycan, Türkiyə və İran vətəndaşları da var.