AMB: Ticarət və xidmət sektoruna kredit qoyuluşları illik artıb

Az.shafaqna.com-un verdiyi xəbərə görə, bu ilin fevralın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən ticarət və xidmət sektoruna qoyulmuş kreditlərin həcmi 4,334 milyard manata çatıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB)  xəbər verib.

Məlumata əsasən, bu göstərici aylıq müqayisədə 78,8 milyon manat və ya 1,8% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 260,4 milyon manat və ya 6,4% çoxdur.

Qeyd edək ki, ümumilikdə bu ilin fevralın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,471 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 50 milyon manat və ya 0,1% az, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manat və ya 9% artım deməkdir.

Bu məqaləni paylaş