2025-ci ildə aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlər nəticəsində Suriyadan 18 Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası təmin olunub.

“Az.shafaqna.com” xəbər verir ki, bu barədə məlumat İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) məruzəsində yer alıb.

Qeyd edilib ki, həmin şəxslərin 5-i qadın, 13-ü isə uşaqdır.