
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, bu gün yerli vaxtla 08:00-da Suriyada Xalq Şurası (parlament) seçkiləri başlayıb.
Bütün ölkə boyu 7331 seçki məntəqəsi fəaliyyət göstərir.
250 deputat kürsüsü uğrunda 1,6 mindən çox namizəd mübarizə aparacaq.
Seçki məntəqələri 20:00-dək açıq olacaq.
Suriya prezidenti Bəşər Əsəd və onun xanımı Əsma Əsəd də paytaxt Dəməşqdəki seçki məntəqəsində səs veriblər.





























