İsrail Yaxın Şərqdə və onun ətrafında müttəfiq dövlətlərin alyansını quracaq.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Binyamin Netanyahu bildirib.

O deyib ki, sözügedən ittifaqın məqəsdi “radikal düşmənlərə qarşı kollektiv mübarizədir”.

Netanyahunun sözlərinə görə, həmin ittifaqa Hindistan da daxil olacaq, çünki İsrail və Hindistan eyni baxışlara sahibdir. O deyib ki, bəmçinin bu alyansa Yunanıstan, Kipr və hələ adlarını açıqlamadığı bir sıra digər ərəb, Afrika və Asiya ölkələri də üzv olacaq.

O əlavə edib ki, İsrailin məqsədi İsrailə qarşı olan “radikal” şiəliyə və sünniliyə qarşı eynibaxışılı ölkələri birləşdirməkdir.