“Hizbullah” liderlərinin cənazə mərasimlərinin kütləvi surətdə keçirilməsi insanların müqavimət yoluna beyətlərini və onunla öz əhdlərini yeniləməsi mənasını verir.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Livanın “Hizbullah” hərəkatının lideri Şeyx Naim Qasim bəyan edib.
Bundan başqa, Şeyx Naim Qasim bildirib ki, İsrail ABŞ-ın diktəsi ilə hərəkət edr və İsrail ABŞ-ın mənəfeyi istiqamətində addımlar atır.
O, həmçinin deyib ki, Donald Trampın “güc yolu ilə sülh” şüarı hərbi güc yolu ilə təzyiqin göstərilməsi və bu yolla siyasi iradənin zorla qəbul etdirilməsi deməkdir.
Şeyx Naim Qasim əlavə edib ki, müqavimət öz əqidəsinə sadiq qalaraq və xalqın dəstəyinə arxalanaraq öz yolunu davam etdirəcək: “Yolumuz açıqdır. Müdafiə haqqı və qanuni müqavimət əsasdır və biz öz əhdimizə sadiq qalmağa davam edəcəyik”.
