Gürcüstanda 2025-ci ildə pensiya alanların sayı 885,5 min nəfərə çatıb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat verib.
Pensiya alanların 70,4 faizi qadınlardır. Üstəlik, bütün pensiyaçıların 1/3-də paytaxt Tbilisi şəhərində yaşayır.
Ən çox pensiyaçınının yaşadığı digər regionlar: İmereti (15,5%), Kvemo Kartli (10,3%), Sameqrelo – Zemo Svaneti (10,2%) və Kaxeti (8,5%).
Hazırda Gürcüstanda pensiya yaşı qadınlar üçün 60, kişilər üçün isə 65-dir.
2026-cı il 1 yanvardan etibarən, 70 və 70+ yaşlı şəxslər üçün pensiya məbləği 495 lari, yüksəkdağlıq yaşayış məntəqələrində yaşayanlar üçün isə 594 laridir.
Yaşı 70-dən aşağı olanlar üçün isə pensiya lari, yüksəkdağlıq regionlarda isə 444 lari təşkil edir.
70 yaşadək olan pensiyaçılar üçünü pensiyanın məbləği inflyasiyanın, 70-dən yaşlı insanlar üçün isə həmin məbləğ inflyasiyanın və iqtisadi artımın 80%-nin nəzərə alınması ilə artır.
Xatırladaq ki, Gürcüstan əhalisinin sayı təxminən 3,7 milyon nəfərdir.
