
Amnistiya aktı ilə 1537 nəfərin cəzası 6 ay azaldılıb.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Qeyd edilib ki, onların 1371 nəfəri az ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər, 166 nəfəri ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə 5 ildən artıq müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 aydan artıq olan şəxslərdir.






























