Azərbaycan MN: Partlayış nəticəsində hərbçimiz həlak olub

Partlayış fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində  baş verib.

Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.
Nazirliyin məlumatının davamında deyilir:

“Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və  Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!”

 

Bu məqaləni paylaş