Azərbaycanda neft koksu istehsalında artım var

Az.shafaqna.com-un verdiyi xəbərə görə, 2026-cı ilin yanvar ayında Azərbaycanda 19,2 min ton neft koksu istehsal olunub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,6 min ton və ya 9,1 faiz çoxdur. Həmin vaxt 17,6 min ton neft koksu istehsal olunmuşdu.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanda 2,252 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 56 min ton və ya 2,4 faiz azdır.

Həmin dövrdə xam neftin ümumi hasilatının 2,248 milyon tonu əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 53 min ton və ya 2,3 faiz azdır.

Bu məqaləni paylaş