Rusiyada “Sputnik V” vaksini haqqında fətva veriləcək

Müsəlman icmasının sorğusuna cavab olaraq “Sputnik V” vaksininin müəllifləri sözügedən məhsulun şəriət tələblərinə tam cavab verdiyini bəyan ediblər.

Az.shafaqna.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Müsəlmanlarının Dini İdarəsinin müfti müavini İldar Alyautdinov bildirib.

Vaksinin ictimailəşdirilən tərkibinə əsasən, onun daxilində donuzdan hazırlanan jelatin və insan komponentləri kimi haram əlavələr yoxdur.

Alyautdinov deyib ki, vaksin müəlliflərinə dəqiqləşdirmək məqsədi ilə bir sıra suallar ünvanlanıb və onlara cavablar yaxın günlərdə veriləcək. Məhz bu cavablar alındıqdan sonra vaksinin halallığı barədə fətva müsəlmanlara təqdim olunacaq.

Qeyd edək ki, COVID-19-a qarşı Rusiya istehsalı olan vaksinlərin halallıq dərəcəsinin yoxlanılması təşəbbüsü ilə Tatarıstan Müsəlmanlarının Dini İdarəsi çıxış edib.

Bu məqaləni paylaş