
Ötən il ölkədə 59 834 ölüm halı qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb.
Az.shafaqna.com xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.
Bildirilib ki, ölənlərin 2 292 nəfəri (3,8 faizi) 0-17 yaşda, 5 839 nəfəri (9,8 faizi) 18-49 yaşda, 14 230 nəfəri (23,8 faizi) 50-64 yaşda, 37 473 nəfəri (62,6 faizi) isə 65 və yuxarı yaşda olub.






























