Yəhudi miqrantlar kilsəyə hücum etdi, ABŞ-lı gəncli qətlə yetirdi

Fələstin torpaqlarında qeyri-qanuni məskulaşmış yəhudi miqrantlar kilsəyə hücum ediblər.

Az.shafaqna.com xəbər verir ki, hadisə Qüds şəhərinin qərb hissəsində baş verib.

Yəhudi miqrantlar həm xristian məbədinə, həm də yaxınlıqda park edilmiş avtomobillərə də zərər vurublar.

Qeyd edilib ki, Eyn Kərim adlı bu ərazidə tarixən Fələstin kəndi olub, lakin sonradan İsrail tərəfindən dağıdılıb.

Hücum edən şəxslər katolik kilsəsinni divarlarında “intiqam” kimi şüarlar yazıblar.

Bundan başqa, yəhudi miqrantlar Muqmas kəndində yerləşən Fələstin fermasına da hücum edərək 19 yaşlı ABŞ vətəndaşı Nəsrullah Əbu Siyamı qətlə yetiriblər, həmçinin bir neçə fələstinlini də yaralayıblar.

Şahidlərdən biri deyir ki, yəhudi miqrantların ardınca əraziyə İsrail hərbçiləri də gəlib, bundan sonra onlar özlərini daha da əmin hiss edərək fələstinliləri odlu silahlardan atəşə tutmağa başlayıblar. Hücum edənlər yaraladıqları şəxsləri taxtalarla da döyüblər.

Xatırladaq ki, yəhudi miqrantların bu cür hücumları müntəzəm şəkildə baş verir. 2025-ci ildə onlar 240 dinc fələstinlini qətlə yetirib.

Bu məqaləni paylaş