Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 10 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər sağalıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1028 -ə çatıb, onlardan  899 nəfər sağalıb, 15 nəfər ölüb.  Karantin rejimində 5627 vətəndaş, stasionarlarda isə 228 nəfər qalır.