Bu gün Bakının Xəzər və Nizami rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan etibarən Xəzər rayonunun Binə qəsəbəsində 10-cu Binǝ küçəsinin, həmçinin Nizami rayonunda 8-ci Köndələn, Pǝhlivan Fərzəliyev küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.