Az.shafaqna.com xəbər verir ki, Ermənistan Hindistan istehsalı olan “Pralay” taktiki ballistik raketlərinin alışında maraqlıdır.

Qeyd edilir ki, Ermənistan Azərbaycan HHM sistemlərini keçə bilmək üçün həmin “yer-yer” raketlərini əldə etmək istəyir.

Adıçəkilən Hindistan raketi kiçik mənzillidir və onun əsas xüsusiyyəti trayektoriyasının son sahəsində manevr edə bilməsidir ki, bu da onun ələ keçirilməsini bəzi HHM sistemləri üçün çətin edir.

Əgər saziş bağlansa, Ermənistan “Pralay”ı alan ilk xarici ölkə olacaq.

Xatırladaq ki, fevral ayının əvvəlində Hindistan Silahlı Qüvvələrinin Qərargah rəisi Anil Çauxan Ermənistana səfər etmişdi.