Rusiyadan deport edilənlərin sayı açıqlanıb

2025-ci ildə Rusiya ərazisində qanun pozuntularına yol verdiyi üçün 70 mindən çox xarici vətəndaş ölkədən çıxarılıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Dövlət Dumasının komitə iclasında çıxış edən daxili işlər naziri Vladimir Kolokoltsev məlumat verib.

Nazirin sözlərinə görə, ötən il ümumilikdə 72 min əcnəbi qanun pozuntuları səbəbilə deportasiya edilib.

Kolokoltsev əlavə edib ki, hüquq-mühafizə orqanları daha çox pozuntu edən əcnəbiləri aşkar etmək imkanına malikdir, lakin bunun üçün əlavə maliyyə vəsaitinə ehtiyac var.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş