“Tehran İraqın daxili işlərinə istənilən xarici müdaxiləyə qarşıdır. Bu həm İraq xalqının, həm də regionun maraqlarına ziddir”.
Az.shafaqna.com İran KİV-inə istinadla xəbər verir ki, bunu Tehranda rəsmi səfərdə olan İraqın xarici işlər naziri Fuad Hüseyni qəbul edən İslam Respublikasının prezidenti Həsən Ruhani deyib.
O qeyd edib ki, İraqın ərazi bütövlüyü, təhlükəsizliyi, müstəqilliyi və beynəlxalq aləmdəki mövqeyi İran üçün çox önəmlidir. Ruhani həmçinin ABŞ-ın bölgədə mövcudluğunu da qiymətləndirib.
Qasim Süleymani və əl-Mühəndisin qətlini xatırladan İran prezidenti bunu İraqın daxili işlərinə “həyasız müdaxilə” adlandırıb.
“İran İraqın bölgədəki əlaqələrinə yüksək qiymət verir. Ümid edirik ki, ABŞ-ın yeni administrasiyası hərbi qüvvələrin regiondakı mövcudluğunun ümumi təhlükəsizliyə ancaq zərər verdiyini anlayacaq və bu siyasətə yenidən baxacaq”, – Ruhani bildirib.
Fuad Hüseyn Amerika hərbçilərinin İraqdan çıxarılması barədə deyib: “Bağdad xarici hərbi qüvvələrin ölkədən çıxarılmasında israrlıdır. Aparılan müzakirələr və atılan addımlar məhz buna yönəlib”.