Azərbaycanda 2025-də nə qədər ev tikilib?

2025-ci ildə Azərbaycanda ümumi sahəsi 4 milyon 629.5 min kvadrat metr olan 35 390 ədəd yaşayış evi tikilib istifadəyə verilib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 75.6% və ya 15 241 ədəd artıb. Belə ki, 2024-cü ildə ölkədə ümumi sahəsi 2 milyon 361.6 min kvadrat metr olan 20 149 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.

Qeyd edək ki, hesabat dövründə tikilib istifadəyə verilmiş fərdi yaşayış və bağ evlərinin sayı 25 350 ədəd ( illik müqayisədə 2.2 dəfə çox), bina evlərinin sayı isə 10 040 ədəd ( illik müqayisədə 16.4% çox) təşkil edib.

Xatırladaq ki, ötən il 2 684 yerlik 5 ümumi təhsil müəssisəsi tikilib istifadəyə verilib.

Bu məqaləni paylaş