
Gürcüstanın Tbilisidəki Azərbaycan Respublikasının səfirliyi önündə “Azərbaycana dəstək” aksiyası təşkil olunub.
Az.shafaqna.com xəbər verir ki, 18 iyulda Gürcüstan paytaxtı, Tbilisidə yerləşən Azərbaycanın Səfirliyi önündə aksiya keçirilib.
Aksiya Azərbaycana dəstək məqsədilə, bir qrup gənc əllərində Azərbaycan və Gürcüstan Respublikalarının bayraqları ilə cəm olublar.
Aksiya iştirakçıları bu addımla Azərbaycanın Tovuz rayonundakı mövqelərinə hücum edən Ermənistan ordusuna adekvat cavabdan sonra yaranmış döyüşlərdə, Azərbaycanın yanında olduqlarını nümayiş etdiriblər. Aksiya iştirakçıları müxtəlif şüarlar səsləndiriblər.
Aksiya iştirakçılarının qarşısına çıxan Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Dursun Həsənov dəstəyə görə, öz təşəkkürünü bildirib.






























