İranın “Traktor” futbol klubuna yeni baş məşqçi təyin edilib.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Təbrizi təmsil edən komandanın mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Məhəmməd Rabii “Traktor” FK-nin yeni baş məşqçisi postunu tutub. Onunla mövsüm sonuna qədər müqavilə bağlanıb.

Xatırladaq ki, daha öncə bu vəzifədə xorvatiyalı Draqan Skoçiç idi. O, öz istəyi ilə istefa verdiyini açıqlamışdı. (XƏBƏRİ BURADAN OXU)