Gürcüstanda COVİD-19-a yoluxanların 97 faizə yaxını sağalıb – Statistika

52
0

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 583 yoluxma halı qeydə alınıb, sağalanların sayı –  671, ölənlərin sayı 19 nəfər olub.

Az.shafaqna.com xəbər verir ki, bunu Gürcüstan hökümətinin koronavirusla bağlı statistika və məlumatları açıqlayan rəsmi qurumu bildirib.

Ümumilikdə ölkədə 260480 nəfər koronavirusa yoluxub, 251748  nəfər sağalıb, 3240 nəfər isə vəfat edib.

Hazırda 430 karantin rejimində,  2341 nəfər xəstəxanada,  277 nəfər isə COVİD 19 otelindədir.

Qeyd edək ki, bu günün statistikasına əsasən ölkədə koronavirusa yoluxan ümumi xəstələrin  96.65 faizi artıq sağalıb.