
Az.shafaqna.com xəbər verir ki, Tbilisi şəhərində fəaliyyət göstərən Əhli-Beyt(ə) məscidinin qadınlar icması və azyaşlı tələbələri mübarək Ramazan ayının gəlişi münasibətilə maarifləndirici aksiya təşkil ediblər.
Aksiya çərçivəsində şəhər sakinlərinə Ramazan ayı ilə bağlı məlumatlandırıcı hədiyyələr paylanılıb. Təşəbbüsün əsas məqsədi cəmiyyətdə müqəddəs ayın mahiyyəti barədə məlumat vermək və mənəvi dəyərləri təşviq etmək olub.
Tədbirdə iştirak edənlər bu addımın həmrəyliyin və paylaşma ruhunun gücləndirilməsinə xidmət etdiyini bildiriblər.
Fotolar ⬇️




































