Qırğızıstanda dövlət çevrilişi üçün heç bir əsas yoxdur.

Az.shafaqna.com xəbər verir ki, bunu respublikanın prezidenti Sadır Japarov bildirib.

“O ölkədə elə bir vəziyyət yoxdur ki, bu, dövlət çevrilişinə gətirib çıxara bilsin. Gündə 24 saat varsa, onun 20 saatını işləyirəm. Hər şeyi izləyir və nəzarətdə saxlayıram. Nəsə qaydasında deyilsə, dərhal müvafiq nazirlərə, akimlərə və qubernatorlara bunu düzəltməyi tapşırıram… Heç bir çevriliş və ya buna bənzər bir şey olmayacaq. Birincisi, qanun buna imkan vermir, ikincisi isə belə bir vəziyyət mövcud deyil”, – deyə o bildirib.

Japarov həmçinin Qırğızıstanın “şimala və cənuba bölünməsinə” imkan verməyəcəyini qeyd edib.

“Müstəqillik əldə edildikdən sonra siyasətçilərimiz şəxsi maraqları naminə ölkəni daim şimala və cənuba bölürdülər. Mən 2005-ci ildə siyasətə gələndə gördüm ki, hökumətin yarısı cənubdan, yarısı isə şimaldan ibarətdir. O zaman özümə söz verdim: əgər prezident olsam, Qırğızıstanı bu xəstəlikdən sağaldacağam”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, 2021-ci ildən etibarən hakimiyyət dairələrində bölgü yox olmağa başlayıb: akimlər, hakimlər, Dövlət Milli Təhlükəsizlik Komitəsi, DİN və prokurorluq əməkdaşları arasında rotasiya aparılıb.