Suriya ordusu növbəti bazaya nəzarəti üzərinə götürdü

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Suriya hökuməti ABŞ-dən növbəti hərbi bazanı təhvil alıb. Suriya ordusunun bölmələri ölkənin şimal şərqindəki əl-Şəddadi hərbi bazasında və ətrafında yerləşdirilib.

Bu barədə Suriya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Vurğulanır ki, ABŞ tərəfi ilə koordinasiya şəraitində Suriya qüvvələri Hasəkə rayonundakı əl-Şəddadi bazasında yerləşiblər.

Xatırladaq ki, bir neçə gün bundan qabaq Suriya hökuməti ölkənin cənubundakı mühüm Tanf hərbi bazasını da ABŞ-dən təhvil alıb.

Bu məqaləni paylaş