Donbasda baş verən münaqişə Ukraynaya 120 milyard dollar ziyan vurub.
Az.shafaqna.com Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini Aleksey Reznikov deyib.
“Müxtəlif rəylərə əsasən, Donbasdakı münaqişə Ukrayna mülkiyyətinə 120 milyard dollar civarında ziyan vurub. Vyanın Beynəlxalq İqtisadi Tədqiqatlar Universitetinin hesablamalarına görə isə, regionun bərpasına ən azı 22 milyard dollar tələb olunacaq”, – Reznikov bildirib.
Onun sözlərinə görə, hazırda tanınmayan Donetsk və Luqansk vilayətlərində Ukraynaya məxsus konkret hansı mülkiyyətin qaldığını təyin etmək mümkünsüzdür. Eyni zamanda fərdi şəxslərin itkilərini də hesablamaq mümkün deyil.
Bu məqaləni paylaş