
Bu ilin sonuna qədər Azərbaycanda internetin orta sürətinin 200 meqabit/saniyəyə çatdırılması nəzərdə tutulur.
“Az.shafaqna.com” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
“Onlayn Azərbaycan” layihəsi uğurla başa çatdırılıb. Layihə başlananda ölkədə internetin orta sürəti təxminən 12 meqabit/saniyə idisə, bu gün 90 meqabit/saniyədir. Dövlətə məxsus şirkətlərdə bu rəqəm 150 meqabit/saniyədir. İlin sonuna qədər biz bu rəqəmi 200 meqabit/saniyəyə çatdırmağı planlaşdırırıq və bu gün Azərbaycanın elə bir ucqar nöqtəsi yoxdur ki, orada genişzolaqlı internet təqdim edilməsin”, – deyə o əlavə edib.






























